Rusiya Milli Qvardiyasının döyüşlərdə ölən hərbi qulluqçularının ailələrinə 5 milyon rubl (81.5 min dollar) veriləcək.
Modern.az xəbər verir ki, bu barədə qərar Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.
Qərar Suriya və Ukraynada ölən hərbçilərin ailələrinə şamil ediləcək.
Qeyd edək ki, Rusiya Milli Qvardiyası ("Rosqvardiya") ölkənin daxili təhlükəsizlik qüvvələridir və birbaşa Putinə bağlıdır.
Akif İsmayılov