Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə keçirilən etimad səsverməsində qalib gəlib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Mühafəzəkarlar partiyasının 211 üzvü Consonun lehinə, 148 nəfər isə əleyhinə səs verib. Bununla da Conson səsverməni qələbə ilə başa vurub.
Baş nazirin vəzifədə qalması üçün azı 180 səs lazım idi.
Qeyd edək ki, Nazirlər Kabinetinin əməkdaşı Syu Qrey tərəfindən aparılan daxili araşdırma nəticəsində 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Boris Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması hazırkı Baş nazirə qarşı narazılığı artırıb. O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.
Akif İsmayılov