Modern.az

Bir şəklin tarixçəsi - Prezident olmaq istəməyən Elçibəy - VİDEO

Bir şəklin tarixçəsi - Prezident olmaq istəməyən Elçibəy - VİDEO

7 İyun 2022, 11:16

Bu gün Əbülfəz Elçibəyin Azərbaycan Respublikasının prezidenti seçilməsindən 30 il ötür. 1992-ci ilin 7 iyununda Ə.Elçibəy seçicilərin 59.4 faizinin səsini qazanaraq prezident seçilmişdi.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil Elçibəyin andiçmə mərasimindən lentə alınıb. Elçibəyin inauqurasiyası president seçiləndən 9 gün sonra gerçəkləşmişdi.

Zaman 16 iyun 1992-ci il… Məkan Azərbaycan Respublikasının Ali Soveti (Milli Məclis)…

O dövrü yaxşı xatırlayanlar bilir ki, Ə.Elçibəy heç də prezident olmaq istəmirdi. O, yeni müstəqillik qazanmış, müharibə gedən bir ölkədə bütün siyasi qüvvələrin təmsil olunduğu “Milli Etimad Höküməti” qurulması ideyasını irəli sürmüşdü. Hətta 1992-ci ilin martında parlamentdə çıxışı zamanı prezident seçkisinə qarşı çıxaraq “Prezident seçməyə tələsirsiniz, seçin. Üç aydan sonra seçəcəyiniz prezidenti bir ildən sonra devirəcəksiniz” demişdi.


Hər şey Elçibəyin az qala zərgər dəqiqliyi ilə dediyi kimi oldu: üç aydan (7 iyun 1992-də) sonra prezident seçilən Elçibəy tam bir il sonra (4 iyun 1993-cü ildə) Gəncədə başlayan hərbi qiyam nəticəsində devrildi...  
 

Aşağıdakı videoda Ə.Elçibəy prezident kimi and içir:
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı