Modern.az

Prezident yol tikintisinə pul ayırdı - SƏRƏNCAM

Prezident yol tikintisinə pul ayırdı - SƏRƏNCAM

İqtisadiyyat

7 İyun 2022, 14:12

Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə vəsait ayrılıb.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

 

Sərəncamla Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...