Modern.az

İkinci imtahan da belə olsa, yerlər boş qalacaq

İkinci imtahan da belə olsa, yerlər boş qalacaq

Təhsil

7 İyun 2022, 15:04

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

DİM-dən verilən məlumata görə, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər – Bakı şəhəri, 7 saylı orta məktəbin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunları göstəriblər. 

 

II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 383.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.4 baldır.

 

Builki imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, 286 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 387.3 bal, birinci mərhələsində isə maksimal olan 300 bal toplayıb. Beləliklə, III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 baldır.

 

Nəticələrdən göründüyü kimi, hər iki qrup üzrə maksimal nəticə - 700 bal toplayan olmayıb. Bəs digər göstəricilər üzrə builki imtahanları qənaətbəxş hesab etmək olarmı? 

 

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov ən yaxşı nəticənin 2-ci qrup üzrə qeydə alındığını söyləyib:

 

“Bu il qəbul imtahanları əvvəlki illərə nisbətən tez keçirilib. Keçən ilə nisbətən bu il test tapşırıqları kifayət qədər çətindir. 2-ci ixtisas qrupu üzrə şagirdlərimiz çox çətinlik çəkməyib. Aşağı nəticə göstərənlər kifayət qədər olacaq. Nəticəsi zəif olan abituriyentlər kütləvi şəkildə xarici universitetlərə üz tuturlar. Bu da ölkədən kənara vəsait axını deməkdir”.

 

Ekspert hesab edir ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul plan yerlərini artırmaq lazımdır:

 

“Növbəti imtahanda suallar asan olmalıdır. Nəticə müsabiqə şərtini ödəyənlərin sayına təsir göstərməlidir. İkinci imtahan da belə olsa, ölkədə plan yerləri boş qalacaq. Nəticə etibarı ilə gənclər xaricə üz tutacaqlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi