Modern.az

“Başqasının torpağında gözümüz yoxdur” - Hulusi Akar

“Başqasının torpağında gözümüz yoxdur” - Hulusi Akar

Dünya

7 İyun 2022, 17:48

Türkiyə ordusunun Suriyanın şimalında yeni sərhəd əməliyyatı doğru zamanda və lazımi yerdə başlayacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

 

Əməliyyatın Tell-Rifat və Menbic bölgələrini əhatə etməsi barədə suala gəlincə, nazir "lazım olarsa, əməliyyat zonasını genişləndirəcəyik", - deyə cavab verib.

 

Akar, həmçinin bildirib ki, Ankaranın başqa ölkələrin ərazilərini ələ keçirmək planı yoxdur: "Biz həmişə deyirik ki, İraq və Suriya da daxil olmaqla, bütün qonşularımızın ərazi bütövlüyü və suverenliyinə hörmət edirik".

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi