Modern.az

Bağçaya getməyənlər məktəbə götürülmür? - RƏSMİ

Bağçaya getməyənlər məktəbə götürülmür? - RƏSMİ

7 İyun 2022, 17:12

Təhsil Nazirliyi sosial şəbəkələrdə uşaq bağçasına getməyən uşaqların məktəbə götürülməməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda danışıb.

 

E.Əliyev qeyd edib ki, valideyn öz övladını ya uşaq bağçasındakı məktəbəhazırlıq qrupuna, ya da gələcəkdə birinci sinfə qoymaq istədiyi məktəbin hazırlıq qrupuna qoya bilər.

 

Nazirlik rəsmisi əlavə edib ki, övladını uşaq bağçalarının məktəbəhazırlıq qrupuna qoymaq istəyən valideyn müəllimi və qrupu özü seçə bilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama