Modern.az

Ukraynanın mülki itkiləri - SON RƏQƏMLƏR

Ukraynanın mülki itkiləri - SON RƏQƏMLƏR

8 İyun 2022, 00:20

Rusiyanın hücuma başlamasından bəri Ukraynada 4253 mülki şəxs həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Ali Komissarlığı məlumat yayıb.

 

Ölənlər arasında 1617 kişi, 1064 qadın, 105 oğlan və 100 qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 67 uşaq və 1300 böyük var. 

 

Komissarlıq fevralın 24-dən indiyədək Ukraynada gedən döyüşlərdə 5141 dinc sakinin yaralandığını bildirib.

 

Qeyd olunub ki, faktiki itkilər göstərilən rəqəmlərdən daha çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi