Modern.az

Rusiya 210 hərbçinin cəsədini qaytardı

Rusiya 210 hərbçinin cəsədini qaytardı

8 İyun 2022, 00:42

Rusiya 210 ukraynalı hərbçinin cəsədini Kiyevə təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Kəşfiyyat İdarəsi "Twitter" hesabında məlumat yayıb.

 

Bildirilib ki, onların əksəriyyəti "Azovstal" zavodunun müdafiəsi zamanı həlak olub.

 

"Mariupolun həlak olan müdafiəçilərinin cəsədlərinin qaytarılması prosesi gedir. Bu günə qədər 210 əsgərin cəsədi geri qaytarılıb, onların əksəriyyəti "Azovstal"ın qəhrəman müdafiəçiləridir", - deyə məlumatda qeyd olunub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi