İranda qatar qəzasında ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, hadisə qurbanlarının sayı 17 nəfərə çatıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Son məlumatlara görə, qatar qəzasında azı 50 nəfər yaralanıb.
***
İranda Tabas-Yezd səfərini həyata keçirən sərnişin qatarı relsdən çıxıb.
Modern.az xəbər verir ki, qəza nəticəsində 13 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.
Tabas ərazisinin qubernatoru Əli Əkbər Rəhimi bildirib ki, hadisə yerinə Qızıl Aypara, fövqəladə hallar və dəmiryol xilasetmə dəstələri cəlb olunub. Əraziyə təcili tibbi yardım maşınları ilə yanaşı, helikopterlər də göndərilib.
Ölü sayının artacağı istisna edilmir. Hazırda xilasetmə qrupları qəza yerində çalışır.
Daha əvvəl qatar qəzasında 10 nəfərin öldüyü bildirilirdi.