Modern.az

Təhsillə bağlı 211 layihə qeydiyyatdan keçib

Təhsillə bağlı 211 layihə qeydiyyatdan keçib

Təhsil

8 İyun 2022, 14:04

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib. 

 

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd edilib ki, onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub. Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım