Modern.az

Prezident Qəbələdə açılışlar etdi

Prezident Qəbələdə açılışlar etdi

Təhsil

28 Fevral 2013, 16:27

Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində bir sıra açılış mərasiminə qatılıb. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, köhnə mədəniyyət evi sökülərək yerində texniki və estetik tələblərə cavab verən müasir memarlıq üslubunda çoxfunksiyalı monumental mədəniyyət mərkəzi inşa olunubdur. “EL.N Layihə, Tikinti, Dizayn” şirkətinin memarlarından, dizaynerlərindən və layihəçilərindən ibarət yaradıcı qrupun və inşaatçıların birgə əməyi nəticəsində ərsəyə gələn, füsunkar təbiət mənzərəsi ilə harmoniya təşkil edən gözəl memarlıq nümunəsi yaradılıbdır.

Diqqətə çatdırılıb ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısı daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Qəbələ sakini Şirin Şirinov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra Qəbələ şəhərində yeni məscidin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılmışdır. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor MMC”, binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir.
Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcəkdir. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan naqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilibdir. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fontan da inşa edilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılıb. Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olundu. Dövlət başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirib,

Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələyə səfəri çərçivəsində heyvandarlıq-südçülük kompleksinin açılışında da iştirak edib. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon  və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qəbələ heyvandarlıq-südçülük kompleksi də belə müəssisələrdən biridir. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Bu ilin fevral ayında isə işlər tam başa çatdırılıb. Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir.

Diqqətə çatdırıldı ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunub. Tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada  çalışan mütəxəssislərin bir hissəsi Hollandiyada xüsusi kurs keçib. Gələcəkdə təcrübələrinin artırılması üçün digər işçilərin də kurs və seminarlara göndərilməsi nəzərdə tutulur. Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir