Slovakiya prezidenti Zuzana Çaputova koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın TASR informasiya agentliyi məlumat yayıb.
Prezidentin testinin müsbət çıxdığı bildirilir. Xanım prezident karantinə alınıb.
Çaputova Polşa prezidenti Anjey Duda ilə Portuqaliya və İtaliyaya planlaşdırdığı səfərlərini ləğv etmək məcburiyyətində qalıb.
Polşa və Slovakiya liderləri bu ölkələrə səfərləri zamanı iyunun 23-34-də keçiriləcək Aİ sammitində Ukraynaya Avropa İttifaqının üzvü statusunun verilməsi məsələsini müzakirə etməyi planlaşdırırdılar.
Akif İsmayılov