Kanada Rusiya Federasiyasının neft, qaz və kimya sənayesinə qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Coli məlumat verib.
O, sanksiyaların qeyd olunan sahələrdə fəaliyyət göstərən 28 müəssisəyə təsir etdiyini bildirib. Məlumata görə, yeni məhdudiyyətlər Rusiyanın federal büdcəsinin 50%-ə qədərini təmin edən sənaye sahələrinə yönəlib.
"Bu gün elan edilən tədbirlər prezident Putinə qoşunlarını dərhal Ukrayna ərazisindən çıxarması üçün əlavə təzyiq göstərəcək" , - deyə nazir vurğulayıb.
Akif İsmayılov