Modern.az

“Putin ittifaqı”nın baş nazirləri toplaşır

“Putin ittifaqı”nın baş nazirləri toplaşır

8 İyun 2022, 20:13

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin baş nazirlərinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun "Belta" informasiya agentliyi məlumat yayıb.

 

İclas iyunun 21-də Minskdə baş tutacaq. 

 

Məlumata görə, hökumət başçıları Birlik daxilində identifikasiya vasitələri ilə məhsulların markalanmasının tətbiqi üzrə komissiyanın yaradılması, prioritet və yüksək texnologiyalar sahələrində əməkdaşlıq və idxalın əvəzlənməsi, bazarlarda rəqabətin vəziyyətini müzakirə edəcəklər.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi