Modern.az

ABŞ sanksiyaları yumşaltdı

ABŞ sanksiyaları yumşaltdı

8 İyun 2022, 20:39

ABŞ Kubaya tətbiq edilən bir sıra sanksiyaları yumşaldıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Bildirilir ki, qrup və təhsil səfərlərinə, konfranslarda iştirak etmək üçün ölkəyə səfərlərə icazə verilib, həmçinin qohumlar arasında pul köçürmələrinə tətbiq edilən məhdudiyyət ləğv edilib.

 

Qeyd edək ki, may ayında Vaşinqton Kubaya qarşı sanksiyaların bir qismini ləğv etmək niyyətində olduğunu bəyan etmişdi. Bundan əvvəl ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın Kubaya uçuşlara qoyduğu məhdudiyyətləri aradan qaldırmışdı.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi