Modern.az

Hindistan Rusiyadan neft idxalını ikiqat artıracaq

Hindistan Rusiyadan neft idxalını ikiqat artıracaq

8 İyun 2022, 21:06

Hindistan Rusiyadan neft idxalını iki dəfə artırmağı düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Hindistanın neft şirkətləri tədarükün artırılması üçün Rusiyanın dövlət neft şirkəti ilə danışıqlar aparır. Məlumata görə, “Rosneft” beynəlxalq ixracatçıların Rusiya ilə əməkdaşlıqdan imtina etməsi səbəbindən Hindistan tərəfinə endirim təklif edib.

 

Danışıqlarda iştirak edən şirkətlər arasında "Indian Oil Corp", "Hindustan Petroleum" və "Bharat Petroleum" var.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi