Londonun "ICE" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 124 dolları ötüb.
Modern.az xəbər verir ki, bahalaşma 2,34 faizə qədər azalıb və "Brent" markalı neftin qiyməti 123,39 dollar səviyyəsinə enib.
Qeyd edək ki, son dəfə "Brent" markalı neftin qiyməti martın 9-da 124 dollardan artıq olub. "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 2,17 faiz artaraq 122 dollar/barel təşkil edib.