Modern.az

Ermənistan universitetlərinin rəhbərləri Xankəndiyə gəldilər

Ermənistan universitetlərinin rəhbərləri Xankəndiyə gəldilər

Qarabağ

9 İyun 2022, 11:00

Ermənistanın bir sıra universitetlərinin rəhbərləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə qanunsuz səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, universitet nümayəndələrini Xankəndidə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan qəbul edib.
 

Görüşdə ali təhsil sahəsi ilə bağlı məsələlər müzakirə olunub. “Qonaqlar” Xankəndidə “ali təhsil sahəsində islahatların aparılması işi”nə kömək etməyə hazır olduqlarını bildiriblər.

 
Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş prokuroru Qarabağa qanunsuz səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi