Modern.az

Üçtərəfli bəyanatlara hamı əməl etməlidir - Rusiya XİN

Üçtərəfli bəyanatlara hamı əməl etməlidir - Rusiya XİN

9 İyun 2022, 13:06

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik. Ləng olsa da, proses gedir, qısa müddət ərzində müsbət nəticələr əldə olunub”.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

 

Lavrov qeyd edib ki, əldə edilən müsbət nəticələr regionda vəziyyətin sağlamlaşmasına yol açacaq:

 

"Bu kontekstdə “3+3” formatı da dialoqun bərqərar edilməsi və region ölkələri arasında çoxplanlı əməkdaşlıq üçün vacib əlavə kanaldır. Məlum olduğu kimi, tərəflərin heç də hər zaman üst-üstə düşməyən özünəməxsus baxışları var. Lakin ali səviyyədə qəbul olunan üçtərəfli bəyanat aydın “yol xəritəsi”dir, hansı ki, biz hamımız bunları rəhbər tutmalıyıq".

 

XİN rəhbəri, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışladıqlarını diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi