Modern.az

İsrail Baş naziri Şeyxlə görüşə yollandı

İsrail Baş naziri Şeyxlə görüşə yollandı

Dünya

9 İyun 2022, 18:56

İsrailin baş naziri Naftali Bennet bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

 

O, Əbu-Dabidə BƏƏ lideri Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşüb. Liderlərin müxtəlif regional məsələləri müzakirə etdikləri bildirilib.

 

Açıqlamada qeyd olunub ki, Bennett Beynəlxalq Atom Enerjisi Agentliyinin İranı tənqid etməsini təqdir edib. Xatırladaq ki, Agentlik İranı üç yerdə aşkar edilmiş uran izlərini izah etmədiyi üçün tənqid edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi