Modern.az

BMT-də 5 yeni qeyri-daimi üzv seçildi

BMT-də 5 yeni qeyri-daimi üzv seçildi

Dünya

9 İyun 2022, 21:48

BMT Təhlükəsizlik Şurasına 5 yeni qeyri-daimi üzv seçilib.

 

Modern.az xəbər verir ki, Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olub.

 

Sözügedən 5 ölkə 2023-cü il yanvarın 1-dən 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəcək.

 

15 dövlətin üzv olduğu BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Çin, Rusiya, İngiltərə və Fransadır. Qalan 10 üzv ölkə BMT Baş Assambleyasında BMT-nin 5 coğrafi qrupu arasından 2 il müddətinə seçilir. Müvəqqəti üzvlərdən 5-i hər il yenilənir.

 

Hazırda Şuraya üzv olan İrlandiya, Norveç, Hindistan, Keniya və Meksikanın səlahiyyət müddəti bu ilin sonunda başa çatacaq.

 

BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün 193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçkidə ümumi səslərin üçdə ikisini toplamaq lazımdır.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU