Modern.az

Separatçılar Ukrayna taxılını Rusiyaya GÖNDƏRİR

Separatçılar Ukrayna taxılını Rusiyaya GÖNDƏRİR

Dünya

9 İyun 2022, 23:17

Ukraynanın Luqansk vilayətindəki separatçılar yaxın vaxtlarda ələ keçirilən taxılı Rusiyaya göndərməyə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Luqanskdakı qondarma qurumun "kənd təsərrüfatı naziri" Yuri Pronko bildirib ki, indiyə qədər taxıl nisbətən az miqdarda maşınlarla göndərilirdi: "Sabah tarixi bir məqamdır, ilk taxıl vaqonları Rusiyaya gedəcək, 50 vaqon, 3000 tondan çox taxıl göndəriləcək".

 

Ukrayna Moskvanı işğal etdiyi ərazilərdən taxıl oğurlamaqda ittiham edir.

 

TASS bildirir ki, Luqanskın ələ keçirilən hissələrində təxminən 300 min ton payızlıq buğda və 200 min ton günəbaxan toxumu var.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi