Ukraynada fevralın 24-dən iyunun 8-dək 4302 mülki şəxs həlak olub.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Rusiyanın hücumları nəticəsində 5217 nəfərin yaralandığı bildirilir.
Ölənlərin 1639-u kişi, 1075-i qadın, 100-ü qız və 105-i oğlandır, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 67 uşaq və 1316 böyük var.
Akif İsmayılov