Gün ərzində 204 nəfər vətəndaş əlillik təyinatı alır.
Modern.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.
A.Bayramov qeyd edib ki, reabilitasiya mərkəzlərində psixoloji dəstək də göstərilir:
"696 nəfər reabilitasiya mərkəzlərində psixoloji dəstək alıb. Yaradılan elektron sistemə əsasən əlilliyi olan şəxs artıq növbəyə durmalı deyil. Ona uyğun reabilitasiya vaxtını, xidmətləri onlayn seçərək, reabilitasiya qoşula bilir".
Onun sözlərinə görə, gələn həftədən etibarən səyyar reabilitasiya xidmətlərinə start verilir:
"Mərkəzlərə gələ bilməyən əlillərə ev şəraitində xidmət göstəriləcək".