Buraxılış imtahanlarında yalnız Azərbaycan dilindən 65 altsistemə görə şagirdlərin bacarıqlarını yoxlayırıq.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci nəşrinin təqdimat mərasimində deyib.
M.Əsədova qeyd edib ki, yeni nəşr 60 növ üzrə 454 504 nəfərin iştirak etdiyi imtahanların statistik təhlilini özündə cəmləşdirir:
“Kitab 624 səhifəlikdir. Hər bir imtahan bitəndən sonra biz qoyulan məqsədə nə qədər nail olduğumuzu müəyyən edir, yaş, cins kateqoriyasına əsasən daha geniş təhlillər aparırıq. Biz hazırıq ki, bütün istiqamətlər üzrə ortaya qoyulan təhlillər üzrə fikir mübadiləsi aparaq. 2012-ci ildə ilk dəfə IX siniflərin buraxılış imtahanını keçirdik. Onlar 2003-cü ildə I sinfə gedənlər idi. Onların sayı 137 493 nəfər idi. 10 faizi 9-cu sinfə daxil olmayıb. Bu yaxşı vəziyyət deyil".