Əlillik məhz diaqnozla bağlı məsələ deyil. Problemin, məhdudiyyətin həyat fəaliyyəti ilə bağlı 7 vacib şərtə təsiri əsas götürülür.
Modern.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, əlilliyin təyinatı ilə bağlı yeni qaydalarda 548 meyar nəzərdə tutulub:
"Əvvəlki qaydalarda isə bu meyarlar cəmi 128 idi. Bir şəxsdə əlillik üçün bir neçə səbəb varsa, ekspert komissiyası üstün səbəbi, orqanizmin funksiyasının pozulmasının üstün faizini müəyyən edə biləcək. Bu, vətəndaşların xeyrinədir".