"QİÇS virusunun daşıyıcısı olan hamilə qadınlar sağlam uşaqlar dünyaya gətirib".
Modern.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov canlı yayımda söyləyib.
O qeyd edib ki, virusa yoluxan hər bir şəxs anti-retrovirus terapiyasını qəbul etməlidir: "Terapiya digər xəstəliklərin yaranmasının da qarşısını alır və xəstənin ömrünü uzadır. 2015-ci ildən bu yana QİÇS virusu daşıyan hamilə qadınlarla aparılan profilaktik tədbirlər nəticəsində sağlam uşaqların doğulmasına nail olmuşuq”.