Modern.az

Britaniya əsirləri azad etmək üçün hərəkətə keçdi

Britaniya əsirləri azad etmək üçün hərəkətə keçdi

Dünya

10 İyun 2022, 16:48

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon əlaqəsi saxlayıb.

 

Modern.az xəbər verir ki, XİN başçıları Britaniya vətəndaşları Aiden Aslin, Shaun Pinner və Mərakeş vətəndaşı Brahim Saauduna barəsində Donetsk separatçıları tərəfindən ölüm hökmünü müzakirə ediblər.

 

Nazirlər hər üç əsirin azadlığa buraxılması üçün səylərini davam etdirəcəklərini bildiriblər. 

 

Qeyd edək ki, hər üç əsgər Ukrayna uğrunda döyüşərkən rus hərbçiləri tərəfindən əsir götürülüb. Onlar qondarma Donetsk Xalq Respublikasında beynəlxalq səviyyədə tanınmayan məhkəmə tərəfindən məhkum edilib, barələrində ölüm hökmü çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi