Modern.az

Ağsuda çobanı canavar parçaladı - FOTO

Ağsuda çobanı canavar parçaladı - FOTO

10 İyun 2022, 16:24

Ağsuda canavar sakinlərdən birinə hücum edib.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında heyvanları otlaq sahəsindən evə gətirən zaman baş verib. 

 

Yırtıcı heyvanın hücumuna məruz qalan rayon sakini Həsrət Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 

Ağsu sakinlərinin sözlərinə görə, bu ilk hücum deyil, daha əvvəl də rayon ərazisində canavar hücumları müşahidə edilib. 

 

Elmar Hüseynov

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var