Modern.az

Zurabişvilini Ukraynaya getməyə qoymurlar 

Zurabişvilini Ukraynaya getməyə qoymurlar 

Dünya

10 İyun 2022, 17:56

Brüsseldə işgüzar səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili diqqətçəkən açıqlamalar verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Zurabişvili Belçikadan sonra Gürcüstanın Avropa İttifaqına namizəd statusu ilə bağlı danışıqlar aparmaq üçün Polşa, Ukrayna və Fransaya səfər etməyi planlaşdırdığını, lakin hökumətin buna icazə vermədiyini bildirib.

 

“Mən Fransa, Polşa və hətta bu məsələdə bir yerdə olduğumuz Ukraynaya səfər etmək istəyirdim, əks halda namizəd statusunun verilməsi üçün sürətləndirilmiş proses olmayacaqdı, amma mənim bu təklifimi rədd etdilər. Mənə dedilər ki, hökumət artıq namizəd statusunun alınması prosesini dəstəkləmək üçün hər şeyi edib”, - Zurabişvili xaricə səfərlərinə qadağa qoyulduğunu vurğulayıb.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi