Modern.az

ABŞ və Çin nazirləri ilk dəfə bir arada - Kritik görüş

ABŞ və Çin nazirləri ilk dəfə bir arada - Kritik görüş

Dünya

10 İyun 2022, 20:49

Sinqapurda keçirilən Şanqri-La sammitində ABŞ müdafiə naziri Lloyd Austin çinli həmkarı general Vey Fenqe ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Nazirlər arasında keçirilən ilk görüşdə əsasən Tayvan məsələsi müzakirə olunub. 

 

Çin Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Vey Fenqe Pekinin Tayvanla bağlı fikrini, yəni adanın Çinin bir hissəsi olduğuna dair qəti mövqeyini təkrarlayıb.

 

Danışıqlardan sonra ABŞ-ın yaydığı bəyanatda qeyd olunub ki, Ostin Çini Tayvanla bağlı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb.

 

Agentliyin mənbələri vurğulayıb ki, görüşdə Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi