Modern.az

Eks-prezidentə 10 il həbs cəzası kəsildi

Eks-prezidentə 10 il həbs cəzası kəsildi

11 İyun 2022, 09:46

Boliviya məhkəməsi keçmiş prezident Janin Anyesə 10 il həbs cəzası kəsib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq prezident 2019-cu ildəki dövlət çevrilişində təqsirləndirilib.
 

Qeyd olunub ki, Boliviya Baş Prokurorluğu Anyesin 15 il həbs cəzasına məhkum edilməsini istəyib.


Janin Anyes 2021-ci il martın 13-nə keçən gecə terror, qiyam və dövlət çevrilişi çərçivəsində sui-qəsddə şübhəli bilinərək saxlanılıb. İstintaqa görə, siyasətçi konstitusiya və qanunların normalarına əməl etmədən qanunsuz olaraq özünü Boliviyanın rəhbəri elan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi