Modern.az

Azərbaycan universitetlərinin ilk təhsil sərgisi Türkiyə mediasında

Azərbaycan universitetlərinin ilk təhsil sərgisi Türkiyə mediasında

Təhsil

11 İyun 2022, 17:53

Azərbaycan universitetlərinin Türkiyədə keçirilən təhsil sərgisi qardaş ölkədə böyük maraqla qarşılanıb.

 

Modern.az xəbər verir ki, İstanbul Kent Universitetində təşkil olunan sərgi Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.

 

Türkiyənin nüfuzlu media qurumlarının əməkdaşları ilk dəfə təşkil olunan sərgi ilə bağlı Azərbaycan universitetlərinin təmsilçilərindən müsahibələr alıb, reportajlar hazırlayıblar.

 

Yerli və xarici mətbuat orqanlarının diqqəti Azərbaycan təhsilinin Türkiyədə ciddi maraq doğurduğunu bir daha təsdiqləyib. Sərgidə iştirak edən müəllimlər və tələbələr, eləcə də universitetlərin nümayəndələri Türkiyədə Azərbaycan təhsilinə xüsusi önəm verildiyini vurğulayıblar.

 

Sərgi ziyarətçilərinin sözlərinə görə, gələcəyə hesablanmış bu addım türkiyəli məzunların Azərbaycan universitetlərinə marağının daha da artmasına səbəb olacaq, eyni zamanda, onların təhsil müəssisələri arasında seçim imkanlarını asanlaşdıracaq.

 

Azərbaycan universitetlərin ilk dəfə birgə keçirdiyi sərginin əhəmiyyətindən söz açan qonaqlar İstanbulla yanaşı, Türkiyənin digər bölgələrində də belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

 

Qeyd edək ki, bu gün İstanbul Kent Universitetində təhsil sərgisi açılıb. Sərgidə Azərbaycanın nüfuzlu ali təhsil müəssisələri - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universiteti təmsil olunur.

 

Təhsil proqramına uyğun şəkildə təşkil olunan sərgi bu gün və sabah davam edəcək. Məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.

 

Sərginin təşkilatçısı “Azedu Academy”dir.

 

Həmçinin oxuyun:

Azərbaycan universitetləri Türkiyədə - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu