Modern.az

Avropa Ukrayna ilə bağlı qərarı gələn həftə verəcək

Avropa Ukrayna ilə bağlı qərarı gələn həftə verəcək

11 İyun 2022, 20:57

Avropa Komissiyası gələn həftənin sonuna qədər Ukraynanın Avropa İttifaqına üzvlüyə namizəd olub-olmaması ilə bağlı qərar verəcək.

 

Modern.az xəbər verir ki, bunu Komissiyanın prezidenti Ursula fon der Lyayen deyib.

 

O, Ukraynanın Aİ-yə üzvlük müraciətini müzakirə etmək üçün bu gün Kiyevə səfər edib.

 

“Bildiyiniz kimi, komissiya hazırda Avropa İttifaqına üzv dövlətlər üçün ekspert rəyi təklifləri hazırlayır və biz gecə-gündüz həmin qiymətləndirmə üzərində işləyirik. Beləliklə, bugünkü müzakirələr bizə gələn həftənin sonuna qədər qiymətləndirməmizi tamamlamağa imkan verəcək", - deyə o bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi