Modern.az

Rusiya Ukraynada kimya zavodunu vurdu

Rusiya Ukraynada kimya zavodunu vurdu

11 İyun 2022, 23:51

Rusiya qoşunları Ukraynanın şərqində yerləşən Siverodonetsk şəhərindəki Azot kimya zavodunu atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday məlumat yayıb.

 

O, zərbələrin yanğına səbəb olduğunu bildirib. Vilayət rəhbəri yüzlərlə mülki şəxsin sığındığı zavodda yanğının söndürülüb-söndürülmədiyi barədə məlumat verməyib.

 

Milli televiziyaya müsahibəsində Qayday deyib ki, Luqanskın kiçik Siverodonetsk şəhəri uğrunda aramsız döyüşlər gedir.

 

Qeyd edilib ki, Rusiya qüvvələri şəhərin böyük hissəsinə nəzarət edir, Azot kimya zavodu isə Ukraynanın nəzarəti altındadır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi