Modern.az

Almaniya Ukraynaya tank verilməsinə mane oldu

Almaniya Ukraynaya tank verilməsinə mane oldu

12 İyun 2022, 00:19

Almaniya İspaniyanın Ukraynaya "Leopard 2A4" tankları verməsinə mane olub.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri yazıb.

 

Məlumata görə, İspaniya Ukraynaya 40 ədəd alman istehsalı köhnə model "Leopard 2A4" tankı verməyi planlaşdırıb, rəsmi Berlin tankların tədarük edilməsinə razılıq verməyib.

 

Qeyd olunub ki, Almaniya hökumət rəsmiləri telefon danışıqlarında İspaniyaya Ukraynaya NATO istehsalı tankların göndərilə bilməyəcəyi barədə xəbərdarlıq edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi