Modern.az

Yük maşını qəza törətdi, yaralılar var

Yük maşını qəza törətdi, yaralılar var

Hadisə

12 İyun 2022, 10:12

Zaqatalada dörd nəfərin xəsarət alaması ilə nəticələnən qəza baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Ford” markalı xırdatutumlu yük maşını ilə “VAZ 2106” minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Xəstəxanadan bildirilib ki, yaralılardan rayonun Əliabad qəsəbə sakinləri olan 1995-ci il təvəllüdlü Bədirov Malik Şaban oğlu və 1988-ci il təvəllüdlü Bədirov Elçin Rəcəb oğlunun müayinə və müalicəsi xəstəxanada davam etdirilir. Daha iki nəfərin xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI