Modern.az

Praqada Sosial Tədqiqatlar Mərkəzinin təqdimatı oldu

Praqada Sosial Tədqiqatlar Mərkəzinin təqdimatı oldu

Aktual

12 İyun 2022, 18:28

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 10-12 iyun tarixlərində Çex Respublikasının Praqa şəhərində keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 4-cü iclasında iştirak edib.

 

Modern.az xəbər verir ki, YAP İdarə Heyətinin və Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini, professor Elşad Mirbəşir oğlu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupu tərəfindən təşkil olunan AEPF-nin iclası çərçivəsində keçirilən Beyin Mərkəzləri Sammitində çıxış edərək Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, nəşrləri, beynəlxalq əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2019-cu ildə yaradılan Mərkəz Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi olmaqla dövlət idarəçiliyində analitik yanaşmanın və beyin mərkəzlərinin rolunun artmasına xidmət edir.

 

STM-in üç illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən bəhs edən professor Elşad Mirbəşir oğlu çıxışının sonunda tədbirdə iştirak edən Asiya və Avropanın müxtəlif Beyin mərkəzlərinin nümayəndələrini STM ilə əməkdaşlığa dəvət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi