Hindistan xarici şirkətlərdən kütləvi sayda döyüş təyyarələri almaq istəyir.
Modern.az xəbər verir ki, bu barədə ölkənin ANI informasiya agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, 114 təyyarənin alınması planlaşdırılır, onlardan 96-sı ölkə daxilində istehsal edilməlidir.
Agentliyin məlumatına görə, alınacaq təyyarələrin pulu yerli və xarici valyuta ilə ölkə büdcəsindən ödəniləcək.
Tenderdə dünyanın ən böyük təyyarə istehsalçılarının, o cümlədən Amerikanın "Boeing" və "Lockheed Martin", İsveçin "Saab", Rusiyanın MiQ və "Irkut", Fransanın "Dassault Aviation" şirkətlərinin iştirak etməsi gözlənilir.
Akif İsmayılov