Ukraynadan taxılın ixracı üçün Polşa və Rumıniya istiqamətində iki marşrut yaradılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik məlumat verib.
Sinqapurda keçirilən konfransda çıxış edən Senik bildirib ki, Baltikyanı ölkələrlə taxılın ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır.
Məlumata görə, Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanılır.