Modern.az

Fransada seçki fiaskosu - Əhalinin yarıdan çoxu səs vermədi

Fransada seçki fiaskosu - Əhalinin yarıdan çoxu səs vermədi

12 İyun 2022, 20:14

Bu gün Fransa parlamentinin aşağı palatasına keçirilən seçkilərdə yerli vaxtla saat 17:00-a olan nəticələrə əsasən, seçici fəallığı 39.42% təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

BFM telekanalı yekun seçici fəallığı ilə bağlı proqnoz dərc edib. Qeyd olunur, saat 20:00-da göstərici 47,2% təşkil edəcək. Bu nəticə olduqca aşağıdır. Fransada seçkilərin etibarlı olması üçün minimum iştirak tələbi yoxdur.

 

Müşahidəçilər qeyd edirlər ki, fransızlar son 30 ildə sistematik olaraq parlament seçkilərinə marağını itirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi