NATO-nun baş katibi Yens Stoltenberq bu gün Finlandiyaya işgüzar səfər edib.
Modern.az xəbər verir ki, o, səfər zamanı Finlandiya Prezidenti Sauli Niinisto ilə görüşüb.
Baş katib Finlandiya və İsveçin alyansa qoşulmaq üçün müraciətlərinə mane olan Türkiyənin mövqeyini müzakirə edib. Görüşdən sonra keçirilən mətbuat konfransında Finlandiya Prezidenti İsveç olmadan ölkəsinin NATO-ya üzv olmayacağını bildirib.
Niinisto Türkiyənin etirazlarının onun üçün gözlənilməz olduğunu bildirib və əlavə edib ki, Ankaranı narahat edən mövzular ciddiyə alınmalıdır.
Akif İsmayılov