Modern.az

İran rusiyalı iş adamları üçün vizanı ləğv edir

İran rusiyalı iş adamları üçün vizanı ləğv edir

12 İyun 2022, 23:20

İran hakimiyyəti ölkəyə investisiyaları stimullaşdırmaq məqsədilə rusiyalı iş adamları üçün vizasız rejim tətbiq etmək imkanını nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri deyib.

 

O bildirib ki, Rusiya ilə İranın idarə və qurumlar səviyyəsində əməkdaşlıq tələb edən ən vacib mövzuları enerji, ticarət və tranzitdir. Səfəri son aylarda İranın Rusiyaya ixracının artdığını qeyd edib. 

 

Martın sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya İranla birlikdə Qərbin sanksiyalarından yan keçməyə imkan verəcək əməli addımlar atmaq niyyətindədir. May ayında Rusiya və İran qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid və onların ödəniş sistemlərinin unifikasiyası məsələlərini müzakirə ediblər.

 

"Castellum.ai" sanksiyaları izləmə məlumat bazasına əsasən, Rusiya tətbiq edilən sanksiyaların sayına görə dünyada birinci yerdədir. Rusiyaya qarşı 5,5 min sanksiya tətbiq edilib, bu da KXDR (2 min) və İrana (3,6 min) qarşı sanksiyalardan çoxdur.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi