Modern.az

Ankara haqlıdır - NATO rəhbərindən Türkiyəyə dəstək

Ankara haqlıdır - NATO rəhbərindən Türkiyəyə dəstək

13 İyun 2022, 00:35

Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxan Türkiyənin təhlükəsizliklə bağlı qaldırdığı narahatlıqlar qanunidir.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyaya səfəri zamanı deyib.

 

O, Finlandiya prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında bildirib: "Bunlar haqlı narahatlıqlardır. Bu narahatlıqlar terrorizmlə, silah ixracı ilə bağlıdır".

 

Stoltenberq Türkiyənin Qara dənizdə, Avropa ilə Yaxın Şərq arasında yerləşdiyinə görə alyans üçün əsas müttəfiq olduğunu söyləyib.

 

“Biz yadda saxlamalı və başa düşməliyik ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb", - deyə baş katib vurğulayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi