Modern.az

Şəhid ailələrinə hansı şəhərlərdə mənzil verilir? - ÖZƏL

Şəhid ailələrinə hansı şəhərlərdə mənzil verilir? - ÖZƏL

Aktual

13 İyun 2022, 11:46

"İndiyə qədər şəhid ailələri və qazilərin təmin edildiyi mənzillər Bakının rayonlarında, Sumqayıtda, Abşeronda, Gəncə və Samux şəhərlərində yerləşir". 

 

Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Modern.az-ın əməkdaşının sualını cavablandırarkən bildirib.

 

Qurum rəhbəri qeyd edib ki, 2022-ci ilin sonuna qədər daha 500 şəhid ailəsi və qaziyə mənzil veriləcək. Həmin mənzillər bütün bölgələri əhatə edir: 

 

"Digər bölgələrdə də fərdi evlərin tikintisi davam edir. Həmçinin, yaxın zaman tender elan ediləcək, hazır binalardan mənzillər alınıb, şəhid ailələrinə veriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi