Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Eduard Nalbandyanla görüşəcək. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Jak For açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü martın 3-nə planlaşdırılıb.
A.RÜSTƏMOV