İndiyədək ölkə ərazisində 62.747 ədəd yeni nəsil Nəzarət Kassa Aparatı (NKA) quraşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Modern.az-a verilən məlumata görə, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bildirilib ki, 2022-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 faiz çoxdur.