Modern.az

Putin bu il 6-cı dəfə Lukaşenko ilə görüşəcək

Putin bu il 6-cı dəfə Lukaşenko ilə görüşəcək

Dünya

13 İyun 2022, 22:43

Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun görüşü planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib.

 

“Bu il ərzində ölkələrimizin prezidentlərinin 5 görüşü baş tutub. Yaxın vaxtlarda biri gözlənilir", - deyə diplomat qeyd edib.

 

Qrızlov bildirib ki, 2022-ci ildə iki ölkə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək: “Bu gün əlaqələrimiz yüksək səviyyədədir. Parlamentlər, hökumətlər, nazirliklər, digər qurumlar və təbii ki, qardaş ölkələrin xalqları vasitəsilə çoxlu işlər görülür".

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir