Ukrayna ordusu Xerson vilayətinin bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, yaşayış məntəqələri əks-hücum əməliyyatı nəticəsində azad olunub.
“Donbasdakı döyüşlər Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək. Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir”, - deyə Zelenski döyüşlərdəki son vəziyyətlə bağlı çıxışında vurğulayıb.